“Düşmən tamamilə məğlub olana qədər dayanmayacağıq”


“Düşmən tamamilə məğlub olana qədər ABŞ dayanmayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.
O, bir daha əminliklə qeyd edib ki, İran nüvə bombası yaratmaq istiqamətində sürətlə irəliləyir.
Heqset deyib ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın da qeyd etdiyi kimi, bu, heç vaxt mümkün olmayacaq.
“İran hakimiyyətinin hərbi imkanları sistemli şəkildə zəifləyir və onlar özlərini təcrid olunmuş vəziyyətdə tapıblar. Ciddi məğlubiyyətə uğradıqlarını başa düşürlər. Bunun əksinə olaraq, ABŞ qalib gəlir və məqsədlərinə çatır: İran raketlərini, dəniz qüvvələrini məhv etmək və İranı nüvə silahına sahib olmaq qabiliyyətindən daimi olaraq məhrum etmək. Düşmən tamamilə məğlub olana qədər dayanmayacağıq”, - Heqset bildirib.

DİGƏR XƏBƏRLƏR

Top