İsrail Livanda qadağan olunmuş ağ fosfordan istifadə edib – HRW


İsrail ordusu 3 martda Livanın cənubundakı Yohmor şəhərindəki evlərin üzərində qanunsuz olaraq ağ fosforlu sursatlardan istifadə edərək mülki şəxslər üçün təhlükə yaradıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Human Rights Watch” (HRW) təşkilatının bazar ertəsi günü dərc etdiyi hesabatda qeyd olunub.
Təşkilatın Livan üzrə tədqiqatçısı Ramzi Kaiss açıqlamasında bildirib ki, Ağ fosforun yandırıcı təsiri ölümə və ya ömürlük əzablarla nəticələnən amansız xəsarətlərə səbəb ola bilər.
Xatırladaq ki, İsrail ordusu 3 mart səhər saatlarında verdiyi açıqlamada Yohmor və digər 50 kənd və qəsəbə sakinlərinə təxliyə olunmaları barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top