
FIFA prezidenti Canni İnfantino İspaniyanın 2026-cı il Dünya Çempionatının qalibi olmaq üçün favorit olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
“İspaniya, əlbəttə ki, favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik”, - İnfandino əlavə edib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir 11 iyun - 18 iyul tarixlərində baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz