
“İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına verdiyi müsahibədə İran rəhbərliyinin Müctəba Xameneyinin İslam Respublikasının Ali Lideri seçilməsindən bəri ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-saxlamadığı barədə suala cavab olaraq bildirib.
O deyib ki, İranın seçilmiş ali lideri Müctəba Xameneyinin hər hansı bir açıqlama verməsi üçün hələ tezdir.
“Hamımız onun açıqlamalarını və şərhlərini gözləyirik. Bu barədə daha sonra məlumat veriləcək. Amma düşünmürəm ki, amerikalılarla əlavə təmaslar və ya danışıqlar məsələsi nəzərdən keçiriləcək. Çünki amerikalılarla münasibətdə çox acı təcrübələrimiz var”, - İranın xarici işlər naziri qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz