“YouTube”da da mesajlaşmaq mümkün olacaq


“YouTube” tətbiqdaxili mesajlaşma funksiyasını yenidən sınaqdan keçirməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu dəfə funksiya 31 Avropa ölkəsindəki istifadəçilər üçün əlçatan olub.
Platforma mesajlaşma funksiyasını ilk dəfə 2017-ci ildə təqdim edib. Ancaq iki il sonra yeni funksiya dayandırılıb.
2025-ci ilin noyabr ayında bu funksiya Polşa və İrlandiya sakinləri üçün sınaq rejimində yenidən tətbiq edilib.
Ancaq bu dəfə funksiyanın əhatə dairəsi daha da genişləndirilib. Belə ki, mesajlaşma funksiyası artıq Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka və digər Avropa ölkələrində mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top