
“Real Madrid” baş məşqçi vəzifəsinə Yurgen Kloppu əsas namizəd hesab edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Real Madrid” rəhbərliyi bir neçə ildir ki, alman mütəxəssisi yaxından izləyir və onun keyfiyyətlərini, xüsusən də xarizmasını və komandaları uzun və uğurlu dövrlərə aparmaq qabiliyyətini yüksək qiymətləndirir.
Nəşrin yaxdığına görə, tərəflər arasında hələlik rəsmi danışıqlar aparılmayıb. Lakin Klopp məşqçilik karyerasına qayıtmaq qərarına gəlsə, “Real Madrid” onu maraqlandıra biləcək bir seçim ola bilər.
Qeyd edək ki, Klopp 2024-cü ilin yayında “Liverpul”dan ayrılıb və 2025-ci ilin yanvar ayında “Red Bull”da işləməyə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz