ABŞ İsrailə 150 milyon dollarlıq silah satışını təsdiqlədi


ABŞ Dövlət Departamenti İsrailə 151,8 milyon dollarlıq silah satışını təsdiqəyib. l dır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Departamentin məlumatına görə, satış paketinə 12 000 ədəd 1000 funtluq (təxminən 454 kq) BLU-110 hava bombası, həmçinin mühəndislik, logistika və texniki xidmətlər daxildir.
Sənəddə qeyd edilir ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ-nin milli təhlükəsizlik maraqları naminə yuxarıda qeyd olunan müdafiə mallarının və xidmətlərinin İsrail hökumətinə dərhal satılmasını tələb edən fövqəladə vəziyyətin mövcudluğunu müəyyən edib və ətraflı əsaslandırıb.
Sursatların bir hissəsi ABŞ-nin mövcud ehtiyatlarından tədarük ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top