ABŞ müharibə üçün gündə nə qədər pul xərcləyir?


İrana qarşı hərbi əməliyyatın ilk 100 saatı 3,7 milyard dollara və ya gündə 891,4 milyon dollara başa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc etdiyi hesabatda öz əksini tapıb.
Hesabata görə, bu xərclərin bəziləri artıq büdcədə nəzərdə tutulsa da, əksəriyyəti (3,5 milyard dollar) büdcədə nəzərdə tutulmayıb.
Mərkəzin bildirdiyinə görə, xərclər üç kateqoriyaya bölünüb:
- əməliyyat xərcləri (cəmi təxminən 196 milyon dollar, bunların 178 milyon dolları büdcədə nəzərdə tutulub, qalan hissəsi isə büdcədə nəzərdə tutulmayıb);
- sursatların dəyişdirilməsi xərcləri (təxminən 3,1 milyard dollar, bunların heç biri hazırda büdcədə nəzərdə tutulmayıb).
- döyüş itkilərinə görə kompensasiya və zədələnmiş infrastrukturun bərpası xərcləri (təxminən 350 milyon dollar, bunların heç biri hazırda büdcədə nəzərdə tutulmayıb).
Bildirilib ki, gələcək xərclər əsasən əməliyyatların intensivliyindən və İranın cavabının effektivliyindən asılı olacaq.
Digər tərəfdən,  “Al Jazeera”nin yaydığı məlumata görə, ABŞ hökumətinin apardığı hava əməliyyatlarının gündəlik xərcləri təxminən 1 milyard dollardır.
Bildirilir ki, Pentaqon artıq istifadə olunan silah və hərbi texnikanın yenilənməsi üçün 50 milyard dollarlıq əlavə büdcə sorğusu hazırlayıb. Bu vəsait müharibənin ilk yeddi günü ərzində istifadə olunan “Tomahawk”, “THAAD” və “Patriot” raketlərinin yenidən alınmasına, eləcə də hərbi əməliyyatlar zamanı zədələnmiş və sıradan çıxmış digər avadanlıqların bərpasına yönəldiləcək.
Məlumatda həmçinin qeyd olunur ki, Konqres artıq büdcə kəsiri və federal borcun faiz xərcləri ilə bağlı narahatdır.

DİGƏR XƏBƏRLƏR

Top