
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1332-yə çatıb.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“İrana qarşı ABŞ-İsrail müharibəsinin başlanğıcından bəri 1332 mülki şəxs həlak olub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, martın 5-də İran Şəhidləri və Veteranları Fondu 1230 nəfərin öldüyünü xəbər vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz