ABŞ İrana quru qoşunları göndərəcək?


ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunlarının göndərilməsinin hazırda nəzərdən keçirilmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə ABŞ-nin NBC telekanalına telefonla müsahibəsi zamanı danışıb.
Tramp bildirib ki, bu məsələni müzakirə etmək hazırda mənasızdır: “Bu, vaxt itkisidir. Onlar hər şeylərini itiriblər. Donanmalarını itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər”.
Donald Trump eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçinin xarici qoşunların İrana yerləşdirilməsinin işğalçılar üçün fəlakət olacağı barədə xəbərdarlığını ciddiyə almadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top