
Respublikaçıların rəhbərlik etdiyi ABŞ Senatı Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, 47 senator lehinə, 53 senator isə əleyhinə səs verib ki, bu da qətnamənin Senat iclasına çıxarılması üçün lazım olan sadə çoxluqdan azdır.
Telekanalın qeyd etdiyinə görə, senator Con Fetterman respublikaçılara qoşularaq, qanun layihəsinin əleyhinə səs verən yeganə demokrat, senator Rend Pol isə demokratlara qoşularaq əleyhinə səs verən yeganə respublikaçı olub.
Qanun layihəsi Demokrat senator Tim Keyn tərəfindən təqdim edilib. Layihədə müharibə elan etmək və ya hərbi güc tətbiq etmək üçün xüsusi icazə verilmədiyi təqdirdə, ABŞ qüvvələrinin İranda və ya İrana qarşı döyüş əməliyyatlarından geri çəkilməsi tələb olunur.
Tətbiqimizi yükləyə bilərsiniz