Dron hücumuna görə Naxçıvan aeroportuna yaxın məktəblərdə tədris dayandırılıb – Rəsmi


İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:
“Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub”.
Qeyd olunub ki, Muxtar Respublikanın digər təhsil müəssisələrində tədris normal qaydada davam edir.

DİGƏR XƏBƏRLƏR

Top