
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Qalatasaray” azarkeşlərinə Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər oyunu üçün bilet satışını qadağan etmək qərarına gəldiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məluat yayıb.
Məlumata görə, klub həmçinin 40 000 avro cərimə olunub.
Cəza, fevralın 25-də Turində keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin “Yuventus”la oyununda “Qalatasaray” azarkeşlərinin davranışları ilə bağlı tətbiq edilib. Belə ki, oyun zamanı Türkiyə komandasının azarkeşləri pirotexniki vasitələrdən istifadə edib, qarışıqlıq yaradıb və meydana əşyalar atıblar.
Qeyd edək ki, “Qalatasaray” və “Liverpul” arasında Çempionlar Liqasının 1/8 finalının ilk oyunu martın 10-da Türkiyədə keçiriləcək. Cavab oyunu isə martın 18-də İngiltərənin Liverpul şəhərində baş tutacaq. Cəza ilə əlaqədar “Qalatasaray” azarkeşləri stadionun qonaq hissəsində yerlərini tuta bilməyəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz