İran “Amazon”un məlumat mərkəzini vurub – BƏƏ-də bank böhranı davam edir


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük banklarının mobil tətbiqləri və rəqəmsal platformaları hələ də fəaliyyətini bərpa etməyib.
Yeniavaz.com
“The Banker”ə istinadən xəbər verir ki, söhbət ölkənin aparıcı maliyyə qurumları – “First Abu Dhabi Bank”, “Emirates NBD” və “Abu Dhabi Commercial Bank”dan gedir.
Məlumata görə, fasilə “Amazon Web Services” (AWS) şirkətinin ölkədə yerləşən məlumat mərkəzinə mənşəyi bilinməyən obyektlərin dəyməsi və nəticədə yanğının baş verməsindən sonra bulud xidmətlərini dayandırması ilə əlaqədardır. Hadisənin İranın bölgəyə endirdiyi dron və raket hücumları ilə birbaşa bağlı olduğu bildirilir.
Münaqişənin kəskinləşməsi Körfəz ölkələrinin maliyyə bazarlarında ciddi dalğalanmaya səbəb olub. Əmirliklər və Küveyt fond birjalarında ticarət müvəqqəti dayandırılıb. Səudiyyə Ərəbistanı və Qətərdə fəaliyyət göstərən əsas bankların səhmləri isə kəskin ucuzlaşıb.
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” bildirib ki, Körfəz ölkələrinin bankları güclü kapital və likvidlik buferlərinə malikdir. Lakin agentlik uzunmüddətli hərbi qarşıdurmanın regional iqtisadiyyatlara ciddi təzyiq göstərə biləcəyini vurğulayıb.
Bölgədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutları da təhlükəsizlik tədbirlərini gücləndirir. “Standard Chartered” və HSBC əməkdaşlarını vacib olmayan səfərləri təxirə salmağa və təhlükəsizlik protokollarına ciddi əməl etməyə çağırıblar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top