
Qazaxıstandan qayıdan İrana aid hava yolu şirkətlərindən birinin iranlı pilotları, ekipaj üzvləri və stüardessalar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkələrinə keçid ediblər.
Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, ümumilikdə, 14 nəfər İran vətəndaşının keçidi təmin olunub.
Onlar xarici uçuş həyata keçirdikdən sonra İranda baş verən hadisələr səbəbindən və hava yolu bağlı olduğundan, geri qayıtmaq üçün quru yolu ilə - Azərbaycan ərazisindən ölkələrinə qayıdıblar.


Tətbiqimizi yükləyə bilərsiniz