Moskvada tanınmış iş adamı Cəbrayılovun cəsədi tapılıb


Moskvada tanınmış iş adamı və Çeçenistanı Federasiya Şurasında təmsil etmiş sabiq senator Umar Cəbrayılov cəsədi tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtdakı mənzillərdən birində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, Cəbrayılov mənzilində ölü vəziyyətdə aşkar edilib. Daha sonra o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
REN TV və RT mənbələrinin məlumatına əsasən, hadisə yerində onun yanında tapança tapılıb. İş adamının ölümü yaxın ətrafı tərəfindən təsdiqlənib.
1958-ci ildə Qroznıda anadan olan Cəbrayılov 67 yaşında idi. O, 2004–2009-cu illərdə Federasiya Şurasında Çeçenistanı təmsil edib, Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Daha sonra, 2009–2013-cü illərdə Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun müşaviri olub. 2015-ci ildən etibarən “Avanti” Sahibkarlar Assosiasiyasına rəhbərlik edib.
Qeyd edək ki, Cəbrayılov 2017-ci ildə Moskvadakı “Four Seasons” otelində baş vermiş insidentdən sonra saxlanılmış, sərxoş vəziyyətdə xuliqanlıqda təqsirli bilinib. Məhkəmə qərarı ilə o, 500 min rubl məbləğində cərimələnib. Həmin hadisədən sonra o, “Vahid Rusiya” partiyasından xaric edilib.

DİGƏR XƏBƏRLƏR

Top