
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyə təmsilçisi “Qalatasaray”ın da rəqibi bəlli olub.
“Sarı-qırmızılılar” bu mərhələdə “Liverpul”la üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.
UEFA Çempionlar Liqasında 1/8 finalın cütləri belə olacaq:
PSJ (Fransa) – “Çelsi” (İngiltərə);
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə);
“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya);
“Budyo Qlimt” (Norveç) – “Sportinq” (Portuqaliya);
“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə);
“Atalanta” (İtaliya) - "Bavariya" (Almaniya);
"Atletiko" (İspaniya) – “Tottenhem” (İngiltərə);
“Bayer 04” (Almaniya) – “Arsenal” (İngiltərə).
Tətbiqimizi yükləyə bilərsiniz