Tolik canlı yayımda tamaşaçılarla sağollaşdı – Video


Aparıcı Tarix Əliyev (Tolik) canlı yayımda tamaşaçılarla sağollaşıb.
Yeniavaz.com
xəbər verir ki, o bunu müəllifi və aparıcısı olduğu “Tarixin bir günü” verilişinin bugünkü buraxılışında edib.
“Aparıcılıqdan getmək haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım daha rahat oldu. Əsəblərimə hakim olmamağım, qarşı tərəfin sözlərinə emosional fikir bildirməyim böyük bir kanalın uğuruna ləkə sala bilməz. Bu, bir son deyil, özümə verdiyim cəzadır. Yalan məlumatlara qətiyyən inanmayın. Mən, Əliyev Tarix bu gün canlı-canlı sizinlə sağollaşıram. Amma verilişimi heç kimə təhvil vermirəm. Space TV-də musiqi departamentinin rəhbərliyi vəzifəsinə də gəlməmişəm”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Tarix Əliyevlə müğənni Səidə Sultanla arasında qalmaqal yaşanıb. Onlar sosial şəbəkə hesablarında paylaşım edərək bir-biriləri haqqında təhqiramiz ifadələr işlədiblər. Bu, geniş müzakirələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top