
Şimali Koreya lideri Kim Çen In və 13 yaşlı qızı Kim Çju E hərbi paradda iştirk ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Kim Çen In və qızı hərbi paradda eyni dəri gödəkçədə iştirak ediblər.
Elə həmin gün Kim Çen In Kim Çju Eni Şimali Koreyanın raket proqramının rəhbəri təyin edib.
Qeyd edək ki, fevralın 24-də Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın 13 yaşlı qızını ölkənin raket proqramının rəhbəri təyin etdiyini bildirmişdi. Kəşfiyyat bunun Kim Çju Enin gələcək siyasi və ya hərbi karyeraya hazırlıq məqsədi daşıdığını qeyd etmişdi. Belə ki, Kim Çju E bu vəzifədə hərbi inkişaflarla bağlı istehsalata nəzarət edəcək, həmçinin, ordu rəhbərliyindən hesabatlar alacaq və əmrlər verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz