CENTCOM Trampa İrana qarşı mümkün hərbi əməliyyat variantlarını təqdim etdi


ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyat variantlarını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadla məlumat verib.
Ancaq o, Amerika tərəfinin bu məsələ ilə bağlı hər hansı bir qərar qəbul edib-etmədiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, CENTCOM-un əməliyyat məsuliyyəti sahəsinə əsasən Yaxın Şərq daxildir.
Xatırladaq ki, fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının üçüncü raundu  keçirilib. ABŞ administrasiyası bu görüşü diplomatiya üçün son şans kimi qiymətləndirib. “The Wall Street Journal” qəzetinin məlumatına görə, danışıqlar uranın xaricə daşınmasını əhatə etsə də, Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini sökməkdən və ya nüvə proqramının inkişafına daimi məhdudiyyətlər qoymaqdan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top