
ABŞ Pezidentinin həyat yoldaşı Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, iclas martın 2-də baş tutacaq.
BMT Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyi 1 martdan etibarən bir ay müddətinə ABŞ-yə keçəcək. “Fox News”un məlumatına görə, bu, Amerika prezidentinin və ya hər hansı bir dünya liderinin həyat yoldaşının BMT Təhlükəsizlik Şurasına ilk sədrliyi olacaq.
Melaniya Trampın BMT Təhlükəsizlik Şurasının qarşıdan gələn iclasında qlobal sülhün təmin edilməsində təhsilin və maarifləndirmənin əhəmiyyəti mövzusunda çıxış edəcəyi gözlənilir.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts da Birinci Xanımın iclasa sədrlik edəcəyini təsdiqləyib. O, bildirib ki, Melaniya Tramp, həmçinin Təhlükəsizlik Şurasında çıxış edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz