“Microsoft”un Yaponiyadakı ofisində axtarış aparıldı


Yaponiyanın Ədalətli Ticarət Komissiyası tərəfindən başladılan araşdırmanın bir hissəsi olaraq “Microsoft”un Yaponiyadakı törəmə müəssisəsində axtarış aparılıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, tənzimləyici orqan şirkətin “Microsoft Azure” bulud xidmətinin müştərilərinə rəqib platformalardan istifadəni məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdırır.
Yoxlama çərşənbə günü baş tutub. Agentliyin mənbələrinə görə, araşdırma istifadəçilərin alternativ provayderlərə keçidinə potensial olaraq mane ola biləcək bulud xidmətlərinin şərtlərinə yönəlib.
“Microsoft Japan” şirkətin tənzimləyici orqanla tam əməkdaşlıq etdiyini və tələb olunan bütün məlumatları təqdim etdiyini bildirib. “Reuters”in məlumatına görə, Komissiya həmçinin “Microsoft”un ABŞ-dəki qərargahına sorğular göndərmək niyyətindədir.
Qeyd edək ki, bu, son dövrlərdə “Microsoft”a qarşı ilk belə iş deyil. 2025-ci ilin dekabrında “Microsoft” rəqiblərinin buludlarında proqram təminatından istifadə edərkən “Windows Server” lisenziyalarının qiymətini şişirdməkdə ittiham olunub və bu ilin yanvar ayında Braziliya tənzimləyici orqanı oxşar araşdırmaya başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top