Davos Forumunun prezidenti istefa verdi – “Epşteyn işi” ilə bağlı


Davosda keçirilən Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
Buna səbəb onun Amerikalı maliyyəçi Ceffri Epşteynin işində adının hallanması olub.
Börge Brende forum rəhbərliyinin Epşteynlə əlaqələri ilə bağlı müstəqil araşdırmaya başlamasından bir neçə həftə sonra istefa verdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl “Neue Zürcher Zeitung” qəzeti xəbər vermişdi ki, Amerika hakimiyyəti tərəfindən sənədlərin dərc olunmasından sonra Brende forumun Himayəçilər Şurasına məktub göndərib. Məktubda o, amerikalı iş adamı ilə görüşlərini səhv adlandırıb və əlavə edib ki, 2019-cu ilin iyul ayında Epşteynə qarşı ittihamlar məlum olduqdan sonra o, Dünya İqtisadi Forumundakı rəhbərlərinə əlaqələri barədə məlumat verib. Qəzet qeyd edib ki, dərc olunmuş materiallarda Epşteynlə Brende arasında 2018 və 2019-cu illərdə çoxsaylı elektron məktublar və söhbətlər var ki, bu da onların dostluq münasibətlərini göstərir.

DİGƏR XƏBƏRLƏR

Top