
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkə səhifəsində bildirib.
“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin guşəsində hiss edirik. Türkiyə “Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, - XİN rəhbəri qeyd edib.
Hocalı Katliamı’nın 34. yılında hayatlarını kaybeden Azerbaycanlı kardeşlerimizi rahmetle anıyorum. Kardeş Azerbaycan’ın acısını kalbimizin en derininde hissediyoruz.
— Hakan Fidan (@HakanFidan) February 26, 2026
Türkiye; tek millet, iki devlet anlayışıyla her daim Can Azerbaycan’ın yanındadır.
Tətbiqimizi yükləyə bilərsiniz