7 aptekdə nöqsanlar aşkarlanıb


2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
Yeniavaz.com
AEM-ə istinadla xəbər verir ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
“Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top