ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısına dörd fiziki və üç hüquqi şəxsi əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Müvafiq sənəddə məhdudiyyətlərin CAATSA Qanunu və kiber fəaliyyətlərlə bağlı tədbirlər çərçivəsində tətbiq edildiyi göstərilir.
Siyahıda Sergey Zelenyuk, Oleq Kuçerov, Marina Vasanoviç və Azizjon Mamaçoyev də daxil olmaqla Rusiya və Özbəkistan vətəndaşları yer alır.
Siyahıya həmçinin Rusiya və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər, o cümlədən “MATRIX”, “Advance Security Solutions” və “Special Technology Services” şirkətləri daxildir.
Qeyd edək ki, fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir il müddətinə uzadılması barədə sərəncam  imzalayıb. Sənədə əsasən, qərar Barak Obama administrasiyası tərəfindən 2014-cü ildə, Tramp administrasiyası tərəfindən 2018-ci ildə və Co Bayden administrasiyası tərəfindən 2022-ci ildə tətbiq edilən məhdudiyyətlərə təsir edib.
Digər tərəfdən, yanvarın 9-da Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini dəstəklədiyini açıqlayıb. Eyni zamanda, o, Vaşinqtonun bu tədbiri qəbul etməyə məcbur olmayacağına ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top