Tom Henks “ABŞ prezidenti” olacaq


Tanınmış Amerika aktyoru Tom Henks yeni filmində ABŞ prezidentini canlandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Məlumata görə, film Corc Sondersin 2017-ci ildə “Buker” mükafatını qazanan eyniadlı “Linkoln Bardoda” bestseller romanı əsasında çəkiləcək.
69 yaşlı aktyor filmdə ölkənin 16-cı prezidenti Avraam Linkoln rolunu oynayacaq.
Real və uydurma personajların yer aldığı film Linkolnun 11 yaşında vəfat edən oğlu Uilyamla münasibətlərinə həsr olunacaq.
Filmin rejissoru Dyuk Conson, ssenaristi Corc Sonders, prodüseri isə Tom Henks olacaq.
Filmin çəkilişləri Londonda aparılacaq.
Qeyd edək ki, Tom Henks anası Nensi Henks tərəfdən Linkolnun uzaq qohumudur.

DİGƏR XƏBƏRLƏR

Top