
Balıkəsir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, qəza nəticəsində pilot Türkiyə Hərbi Hava Qüvvələrinin zabiti İbrahim Bolat şəhid olub.
Balıkəsir aviabazasından havaya qalxan təyyarə planlaşdırılmış təlim uçuşu həyata keçirib. Qısa müddətdən sonra təyyarə ilə radio əlaqəsi kəsilib.
Təyyarə İzmir-İstanbul magistral yolunun yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində güclü partlayış baş verib. Dağıntılar bir neçə yüz metr radiusa səpələnib.
Qəzanın Bakı vaxtı ilə təxminən saat 01:50-də baş vediyi bildirilir. Hadisə yerinə təcili yardım xidməti cəlb edilib.
Faktla bağlı araşdırma başlayıb.
Qeyd olunub ki, qəzanın səbəbi qəza istintaq qrupu tərəfindən aparılacaq araşdırmalar nəticəsində müəyyən ediləcək.


Tətbiqimizi yükləyə bilərsiniz