Sülh Şurası Qəzza üçün kriptovalyuta buraxmaq istəyir – FT


Sülh Şurası Qəzza zolağı üçün steyblkoin buraxmağı nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, məsələ ilə bağlı müzakirələr ilkin mərhələdədir və belə bir kriptovalyutanın necə təqdim ediləcəyi ilə bağlı bir çox təfərrüatlar hələ müəyyən edilməyib.
Qəzetin mənbələrindən biri bildirib ki, steybilkoinin ABŞ dolları ilə əlaqələndiriləcəyi gözlənilir və onun yaradılmasında Fars körfəzi və Fələstin ölkələrindən şirkətlər iştirak edəcək.
Mənbələrdən biri bildirib ki, bu, Qəzza sikkəsi və ya yeni Fələstin valyutası olmayacaq, əksinə, Qəzzalıların rəqəmsal əməliyyatlar aparması üçün bir vasitə olacaq.
FT əlavə edib ki, müzakirələrdə Fələstin rəsmiləri və Sülh Şurasının Qəzza üzrə Ali Nümayəndəsi Nikolay Mladenovun ofisinin əməkdaşları da iştirak edir.
Qəzetin mənbələrindən birinin məlumatına görə, steyblkoinləri təbliğ edənlər əsasən Qəzzanı nağd puldan azad etmək istəyirlər ki, HƏMAS hərəkatı onu yarada bilməsin.

DİGƏR XƏBƏRLƏR

Top