
“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann yaxın günlərdə MLS klubu “Orlando Siti”yə transfer oluna bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində bildirib.
Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar davam edir və son günlərdə əhəmiyyətli irəliləyiş əldə edilib.
“Orlando Siti” klubunun idman direktoru Rikardo Moreyranın Madridə səfəri də yaxın həftələrdə Qrizmannın ABŞ klubuna keçəcəyindən xəbər verir.
Qeyd edək ki, 34 yaşlı Qrizmann 210 qolla “Atletiko Madrid”in bütün dövrlər üçün ən çox qol vuran oyunçusudur. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Tətbiqimizi yükləyə bilərsiniz