“Volvo” 40 mindən çox avtomobili geri çağırır


“Volvo Cars” şirkəti akkumulyatorun həddindən artıq qızması riski ilə əlaqədar 40 323 ədəd “EX30 SUV” elektrik avtomobilini geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hissələr pulsuz dəyişdirilənə qədər şirkət bu modelin sahiblərinə yanğın riskini aradan qaldırmaq üçün batareya yükünü 70%-ə qədər məhdudlaşdırmağı tövsiyə edir.
Ekspertlər hesab edirlər ki, geri çağırılma “Volvo”nun nüfuzuna ciddi zərbə vura və şirkətə baha başa gələ bilər. Belə ki, təkcə yeni batareyaların qiyməti 195 milyon dollara çata bilər.

DİGƏR XƏBƏRLƏR

Top