
“Liverpul”un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasında ardıcıl doqquz oyundur ki, qol vura bilməyib.
Yeniavaz.com xəbər verir ki, misirli oyunçu Premyer Liqada sonuncu dəfə noyabrın 1-də "Aston Villa" ilə oyunda (2:0) qol vurub.
Qolsuz seriya Salahın İngiltərə Premyer Liqasında “Liverpul”da oynadığı vaxtdan bəri ən uzun seriya olub.
“Liverpul” Premyer Liqada son oyununda səfərdə “Nottinqem Forest”lə qarşılaşıb və 90+7 dəqiqədə Mak Allisterin qolu ilə çətin qələbə qazanıb. Salah oyuna start heyətində çıxsa da, qol vura bilməyib.
Qeyd edək ki, bu mövsüm Salah klubun heyətində bütün turnirlərdə 27 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz