ABŞ Suriyadakı daha bir bazadan qüvvələrini çıxarır


ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki əl-Hasake əyalətindəki Kasraq bazasından qüvvələrini çıxarmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika qoşunları əl-Hasake əyalətindəki Kasraq bazasından İraq Kürdüstanına doğru geri çəkilməyə başlayıb.
Qeyd edək ki, fevralın 15-də Qərb koalisiyası qüvvələrinin əl-Hasake əyalətindəki əl-Şəddadi bazasını tərk etdiyini bildirmişdi. Bir neçə gün əvvəl isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrini əl-Tanf bazasından çıxardığını və nəzarəti Suriya ordusuna təhvil verdiyini elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top