Elçin Quliyev xidmətdən ayrılan generalı köməkçisi təyin etdi – KİV


Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanovun yenidən vəzifəyə gətirildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.
“Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək”, - sayt yazır.
Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.

DİGƏR XƏBƏRLƏR

Top