
Kim Çen In yenidən Koreya Əmək Partiyasının baş katibi seçilib .
Yeniavaz.com xəbər verir ki, bu barədə Pxenyanın Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, Partiyanın 9-cu Qurultayı Kim Çen Inın yenidən partiyanın Baş katibi seçilməsi ilə bağlı təklifə yekdilliklə səs verib.
Qeyd edək ki, KXDR Əmək Partiyasının 9-cu Qurultayı fevralın 19-da Pxenyanda açılıb. Qurultayda partiyanın mərkəzi idarəetmə orqanının səkkizinci çağırışının 224 üzvü və bütün partiya təşkilatlarından seçilmiş 4776 nümayəndə - ümumilikdə 5000 nəfər iştirak edir. Qurultayda həmçinin 2000 müşahidəçi də var.
Tətbiqimizi yükləyə bilərsiniz