
ABŞ və İran arasında danışıqlar fevralın 26-da Cenevrədə keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“ABŞ və İran arasında danışıqların cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırıldığını təsdiqləməkdən məmnunam”, - o, qeyd edib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi də 26 fevralda Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşə biləcəyi bildirib.
“Biz hələ də bunun üzərində işləyirik və hər iki tərəfi qane edəcək elementləri nəzərə alırıq. İnanıram ki, Cenevrədə, yəqin ki, bu cümə axşamı yenidən görüşəndə bu elementləri nəzərdən keçirə, yaxşı bir mətn hazırlaya və tez bir zamanda razılığa gələ biləcəyik”, - deyə Əraqçi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz