
Azərbaycan Premyer Liqasında XXI turun daha bir qarşılaşması baş tutub.
Yeniavaz.com xəbər verir ki, turun ikinci oyununda “Sabah” doğma meydanda “Kəpəz” ilə üz-üzə gəlib. Bank Respublika Arenada keçirilən görüş paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Matçın taleyini 88-ci dəqiqədə fərqlənən Kahim Parris həll edib. Bu nəticədən sonra xallarını 52-yə yüksəldən Bakı klubu turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. 13 xala malik Gəncə komandası isə 11-ci pillədə qərarlaşıb.
Turun digər oyunlarında “Şamaxı” ilə “İmişli” arasında qalib müəyyənləşməyib – 0:0. Bundan əvvəlki matçlarda “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” isə “Karvan-Yevlaxı” 2:0 hesabı ilə məğlub edib.
“Sumqayıt” – “Qəbələ” görüşündə qol qeydə alınmayıb. Tur çərçivəsində keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz