Tanınmış türkiyəli aktyor dünyasını dəyişdi


Tanınmış türkiyəli aktyor Ali Tutal 76 yaşında dünyasını dəyişib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Günəşi Gördüm”, “Geniş Ailə”, “Bərəkətli Torpaqların Üzərində”, “Hökumət Qadın” kimi bir çox film və serialda çəkilmiş aktyor beyninə qan sızdığı üçün yanvarın 27-dən reanimasiyada olub.
Tutalın ölümündən sonra Kino İşçiləri Həmkarlar İttifaqı (Sine-Sen) bu mesajı yayıb:
“Bu yaxınlarda beyin qanaması keçirərək reanimasiyada müalicə alan dostumuz, kino və televiziya aktyoru Ali Tutal dünyasını dəyişdi. Onu hörmət və sevgi ilə anacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top