
Gəncədə universitet tələbəsi futbol oynayarkən dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumatlara görə, futbol oynayarkən 2007-ci il təvəllüdlü Təbriz Nuriyevin halı qəfildən pisləşib.
Bildirilir ki, ətrafdakıların müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun ürəktutmasından dünyasını dəyişdiyi ehtimal edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Məlumata görə, vəfat edən gənc Quba rayon sakinidir. O, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin ikinci kurs tələbəsi olub.
Tətbiqimizi yükləyə bilərsiniz