
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes Milli Assambleya (parlament) tərəfindən qəbul edilmiş Amnistiya Qanununu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Venezolana de Television” telekanalında bildirib.
Amnistiya qanunu 1 yanvar 1999-cu ildən 2026-cı ilə qədər məhkum edilmiş siyasi məhbusları əhatə edəcək. Bəşəriyyətə qarşı ağır cinayətlərə, insan hüquqlarının pozulmasına, qəsdən adam öldürməyə, korrupsiya və narkotik qaçaqmalçılığına görə məhkum edilmiş məhbuslar əfvdən yararlana bilməyəcəklər.
Qanun “Rəsmi Qəzet”də dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, ümumi əfv təşəbbüsünü yanvarın 30-da müvəqqəti prezident Delsi Rodriqes elan edib. Fevralın 19-da Venesuela Milli Assambleyası (parlamenti) qanunu yekdilliklə qəbul edib.
Tətbiqimizi yükləyə bilərsiniz