Tramp İrana 15 gün vaxt verdi


ABŞ Prezidenti Donald Tramp İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt verib.
Yeniavaz.com
xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp İran ətrafındakı vəziyyəti şərh edərkən “Biz ya razılaşma əldə edəcəyik, ya da bu və ya digər şəkildə buna nail olacağıq”, - deyib.
O, bunun üçün 10 günün kifayət edəcəyinə inandığını bildirib.
“10-15 gün əslində maksimum müddətdir”, - Tramp əlavə edib.  
Qeyd edək ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə Tehranın nüvə dosyesi üzrə ABŞ-İran danışıqlarının ikinci mərhələsi keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək saziş layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma elan edib. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini bildirib. Lakin Vaşinqtonun fikrincə Tehran hələ Ağ Ev tərəfindən irəli sürülən bir neçə mövqeyi qəbul etməyə hazır deyil.

DİGƏR XƏBƏRLƏR

Top