
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol 2024-cü ilin dekabr ayında baş verən üsyan işi üzrə ömürlük həbs cəzasına məhkum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, hökm 19 fevralda Seul Məhkəməsi tərəfindən verilib.
Cinayət məcəlləsi bu maddəyə əsasən yalnız ölüm cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Cənubi Koreyada 1997-ci ildən bəri edamlara moratoriumun qüvvədə olmasına baxmayaraq, prokurorluq keçmiş prezident üçün ölüm cəzası tələb edirdi.
Keçmiş müdafiə naziri Kim Yonq Hyu isə 2024-cü il çevrilişi ilə bağlı 30 il həbs cəzasına məhkum edilib.
Yun Sok-yul hazırda səkkiz məhkəmə prosesində təqsirləndirilən şəxsdir ki, bunlardan dördü hərbi vəziyyətin tətbiqi ilə bağlıdır. O, 2025-ci ilin yanvar ayında prezident qvardiyası ilə hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmadan sonra həbsə mane olduğuna görə bu ilin yanvar ayında beş il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Yun Sok Yol 2024-cü ilin dekabr ayında konstitusiyanı pozaraq hərbi vəziyyətin tətbiq edilməsi ilə əlaqədar üsyan təşkil etməkdə ittiham olunub. 2025-ci ilin aprel ayında Konstitusiya Məhkəməsi hərbi vəziyyətin konstitusiyaya zidd olduğuna qərar verib və qərara əsasən Yun Sok Yol hakimiyyətdən uzaqlaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz