
ABŞ 2003-cü ildə İraqa hücumundan bəri Yaxın Şərqə ən böyük hərbi hava qüvvələrini yerləşdirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə və uçuş məlumatlarına istinadla bildirib.
Nəşrin məlumatına görə, son günlərdə regiona əsasən F-35 və F-22 qırıcı təyyarələri yerləşdirilib.
Digər tərəfdən, döyüş təyyarələrini və elektron müharibə vasitələrini daşıyan başqa bir təyyarədaşıyan gəmi potensial əməliyyat zonasına doğru yola düşüb.
Məlumatda həmçinin, regionda komandanlıq və idarəetmə təyyarələrinin və hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi bildirilir.
Qəzetin mənbələri qeyd edib ki, Vaşinqtonun İrana qarşı mümkün zərbələrə hazır olmasına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp hələlik zərbələrlə bağlı yekun qərar verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz