
Metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
“Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.
Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz