Zelenski Putinlə görüşün təşkil olunmasını əmr etdi


Ukrayna Prezidenti Volodimir Zelenski komandasına Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb.
Yeniavaz.com
xəbər veri ki, bu barədə “Axios” məlumat yayıb.
“Zelenski ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolunun Putinlə şəxsi görüş olduğunu təkrarlayıb. O, komandasına Cenevrədə lider səviyyəsində görüş təşkil etməyi tapşırdığını bildirib”, - məqalədə qeyd olunur.
Kreml dəfələrlə bildirib ki, əgər Zelenski Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək istəyirsə, Moskvaya getməli olacaq. Yanvarın 28-i Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bunu bildirib, lakin Zelenski Rusiya paytaxtına getməkdən imtina edib.
Zelenski həmçinin “Axios”a verdiyi müsahibədə bildirib ki, Ukrayna qoşunlarını Donbasdan yalnız Rusiya qüvvələrinin güzgü şəklində geri çəkilməsi halında çıxarmağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top