Ermənistanda seçkilərdən əvvəl hərbi parad keçiriləcək


Ermənistan hakimiyyəti seçkilərdən əvvəl hərbi parad keçirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, hərbi paradın Birinci Respublika Günündə keçirilməsi nəzərdə tutulur.
Nəşr qeyd edir ki, paradın 7 iyun parlament seçkilərindən 10 gün əvvəl keşirilməsi gözlənilir.
Qəzet paradın Paşinyanın PR-ı məqsədi ilə keçiriləcəyini iddia edib. Qeyd olunub ki, parad üçün hazırlıqlar keçən ilin dekabrında başlayıb. Müdafiə Nazirliyinə hərbi hissələrdən müvafiq hərbçiləri seçmək tapşırılıb.
Nəşrin bildirdiyinə görə, məşqlər artıq başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top