Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, fərmanın mətni onun ofisinin saytında dərc edilib.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 18 fevral 2026-cı il tarixli “Fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarı qüvvəyə minsin”, - deyə fərmanda qeyd edilib.
Sənədin əlavəsində isə sanksiyaların Lukaşenkoya qarşı tətbiq edildiyi göstərilib.
Sənəddə sanksiyaların on il müddətinə tətbiq olunduğu qeyd edilib.
Digər tərəfdən, Zelenski rəsmi “Telegram” kanalında Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdiyini şərh edərək, Lukaşenkonun uzun müddətdir ki, Belarusun suverenliyini şəxsi hakimiyyətinin davamlılığına dəyişdirdiyini və ruslara sanksiyalardan yayınmağa kömək etdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top