Paşinyan ABŞ-yə getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Qəzza Sülh Şurasının ilk iclasında iştirak etmək üçün ABŞ-yə səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşüb. Fevralın 19-da Baş nazir Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edəcək”, - Baqdasaryan qeyd edib.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzalayıblar.
Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası İsrail və HƏMAS arasında Qəzzanı idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər regioanlardakı münaqişələrin qarşısını almaq və həll etmək üçün də fəaliyyət göstərəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top