
Amerikanın “P-8A Poseidon” sualtı qayıq əleyhinə təyyarəsi Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlim keçdiyi ərazi üzərində kəşfiyyat aparıb.
Yeniavaz.com xəbər verir ki, bunu “Flightradar24” xidmətinin məlumatları sübut edir.
Məlumata görə, patrul təyyarəsi Bəhreyndəki Şeyx İsa aviabazasından havaya qalxıb.
O, bir neçə saat ərzində Hörmüz boğazı üzərində dövrə vuraraq nisbətən aşağı hündürlüyə - 6 min metrə qədər enib.
Qeyd edək ki, İran Hörmüz boğazında mümkün hərbi əməliyyat ssenarilərini sınaqdan keçirir.
“Fars” xəbər agentliyinin məlumatına görə, təlimlər zamanı sualtı qayıqlar yerüstü hədəfləri vurmağı məşq edir.
Fevralın 17-də SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsiri bildirib ki, İran lazım gələrsə, Hörmüz boğazını ən qısa müddətdə bağlamağa hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz