“Barselona” həm uduzdu, həm də liderliyi əldən verdi – Video


İspaniya Laliqasının 24-cü turunda son çempion “Barselona” səfərdə “Girona”nın qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 59-cu dəqiqədə “Kataloniyalılar”ın müdafiəçisi Pau Kubarsi açıb. Cəmi iki dəqiqə sonra isə “Girona”nın heyərində Tomas Lemar hesabı bərabərləşdirib.
86-cı dəqiqədə isə Fran Beltran həlledici qolu vurub. Əlavə olunmuş vaxtın 9-cu dəqiqəsində Xoel Roka birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
“Girona” bu nəticə ilə xallarının sayını 29-a çatdırıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Barselona” isə həm qələbəni, həm də liderliyi əldən verib. Kataloniya təmsilçisi hazırda 58 xalla ikinci pillədədir və lider “Real Madrid”dən 2 xal geridədir.

DİGƏR XƏBƏRLƏR

Top